satellite   Azerspace-1: 11135 H 30000

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

Şri-Lanka əmindir ki, AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək və etimadın gücləndirilməsinə öz töhfəsini verəcək.

NTV  xəbər verir ki, bunu Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Vicita Herat qeyd edib ki, qlobal təhlükəsizlik mühitində geosiyasi qeyri-müəyyənliklərin və çağırışların olduğu bir dövrdə etimadın gücləndirilməsinə və ortaq addımlar atılmasına böyük ehtiyac var. Şri-Lanka AQEM-ə Pan-Asiya, dialoq platforması olaraq baxır, burada olan konsensusəsaslı qərarlar sülhə, təhlükəsizliyə və əmin-amanlığa töhfə verir. Asiya böyüyür və iqtisadi faydalar hamının xidmətində olmalıdır. İnanırıq ki, iqtisadiyyatımızın bütün potensialı yalnız yaxşı kommunikasiya ilə mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM