satellite   Azerspace-1: 11135 H 30000

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Pakistan İslam Respublikasının Misirdəki səfiri Amir Şövkət Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirovu pakistanlı tələbələrə uzun illər göstərdiyi dəstəyə görə təltif edib.

NTV xəbər verir ki, Pakistan səfirliyinin Misirdə təhsil alan pakistanlı tələbələr üçün təşkil etdiyi “Məzun günü” tədbirində səfir Seymur Nəsirovun xidmətlərini yüksək qiymətləndirib, Azərbaycan və Pakistanın tarixən qardaş xalqlar olduğunu vurğulayıb.

Seymur Nəsirov çıxışında iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Alim pakistanlı tələbələrə dəstək göstərməyin və onların təhsilinə töhfə verməyin onun üçün böyük məmnunluq doğurduğunu qeyd edib.

Qeyd edək ki, S. Nəsirov 2003-cü ildən etibarən Misirdə təhsil alan əcnəbi tələbələrin təhsilinə və elmi inkişafına dəstək verir. Onun rəhbərlik etdiyi proqramlardan hazırda 65 ölkədən iki mindən çox tələbə faydalanır. Alimin uzun illərdən bəri yetişdirdiyi tələbələr müxtəlif ölkələrdə professor, mütəxəssis və din xadimi kimi fəaliyyət göstərirlər.

Təltif mərasimi Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlığın və xalqlar arasındakı dostluğun əhəmiyyətini bir daha nümayiş etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM