satellite   Azerspace-1: 11135 H 30000

Kayrat Sarıbay: AQEM yeni ölkələr üçün cəlbedici platforma olaraq qalır

Kayrat Sarıbay: AQEM yeni ölkələr üçün cəlbedici platforma olaraq qalır

AQEM yeni ölkələr üçün Asiya dövlətləri birliyinə qoşulmağa çalışan ölkələr üçün cəlbedici platforma olaraq qalır.

NTV xəbər verir ki, bunu baş katibi Kayrat Sarıbay Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.

O xatırladıb ki, 2022-ci ildə Küveyt təşkilata qoşulub, bu gün isə Laos Xalq Demokratik Respublikası yeni üzv dövlət olub.

Baş katib qeyd edib ki, etimad tədbirlərinin həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi üzv dövlətlərə praktiki əməkdaşlığı inkişaf etdirməyə və konkret nəticələr əldə etməyə imkan verib.

Onun sözlərinə görə, son dörd il ərzində AQEM çərçivəsində hər beş istiqamət üzrə etimadın möhkəmləndirilməsinə dair təxminən 100 tədbir keçirilib.

O həmçinin təşkilatın siyasi bəyannamələrin və tematik sənədlərin, o cümlədən hazırkı sammitin iki sənədinin qəbulu zamanı konsensusa nail olmaq və qərarları razılaşdırmaq qabiliyyətini vurğulayıb.

Sarıbay qeyd edib ki, bu yaxınlarda Kamboca tərəfindən ratifikasiya edilmiş İmtiyazlar və İmmunitetlər haqqında Konvensiyanın qüvvəyə minməsindən sonra AQEM-in hüquq subyektliyi əhəmiyyətli dərəcədə möhkəmlənəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM