2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən əziz şəhidlərimizi dərin hörmət və rəhmətlə anıram.
Onların qəhrəmanlığı və fədakarlığı Qarabağın yenidən Azərbaycana qovuşmasının ən böyük və mənalı mirası kimi millətimizin yaddaşında daim yaşayacaq. Türkiyə olaraq Qarabağda qardaşlarımızın yanında necə olmuşuqsa, bu gün də Can Azərbaycanın ağrısını öz ağrımız, sevincini öz sevincimiz bilirik.
NTV xəbər verir ki, bu ifadələr Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun Anım Günü ilə bağlı paylaşımında yer alıb.
“Ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz bağlar dünən olduğu kimi, bundan sonra da heç bir təxribata imkan verməyəcək. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan və Türkiyə xalqlarının qəlbində daim yaşayacaq. Ruhları şad, məkanları cənnət olsun”, - deyə Kürşad Zorlu bildirib.
