"Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistandan olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması və asudə vaxtının səmərəli təşkili məqsədilə konsert proqramı təşkil olunub.
Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hərbi qulluqçular üçün rəngarəng musiqi nömrələri təqdim edilib.
Müxtəlif janrlarda səsləndirilən hərbi-vətənpərvərlik və musiqi nümunələri şəxsi heyətdə yüksək əhvali-ruhiyyə yaradıb, təlim iştirakçıları tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
