satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və "Carlsberg Group" pivə sənayesində tənzimləməni müzakirə edib

Azərbaycan və "Carlsberg Group" pivə sənayesində tənzimləməni müzakirə edib

Azərbaycan "Carlsberg Group" şirkəti ilə pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərini müzakirə edib.

NTV xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

Nazir qeyd edib ki, bu müzakirələr ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Carlsberg Group"un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşdə aparılıb.

Nazir görüşdə "Carlsberg Group"la əməkdaşlığın inkişaf istiqamətlərini, 2025–2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işlərini müzakirə edib.

O qeyd edib ki, xammal və qablaşdırmanın lokallaşdırılması, eləcə də regionda yeni biznes imkanlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM