satellite   Azerspace-1: 11135 H 30000

Prezident: "Mövcud yataqlar təhlil edilib ehtiyatları tam dəqiqləşdirilməlidir"

Prezident: "Mövcud yataqlar təhlil edilib ehtiyatları tam dəqiqləşdirilməlidir"

Azərbaycanda mövcud yataqlar təhlil edilib müasir geoloji üsullarla oradakı ehtiyatları tam dəqiqləşdirilməlidir.

NTV xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

"Sovet dövründə müəyyən rəqəmlər var idi. Amma o dövrdən təxminən 40 il keçib. Həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar var ki, heç o vaxt sovet dövründə bu haqda heç kim fikirləşə də bilməzdi. İkinci istiqamət. Nəzərə alsaq ki, bu bölgədə böyük təbii resurslar var. Ehtimal ki, dediyim o rayonların digər bölgələrində, həm qonşu rayonlarda da böyük təbii resurslar var. Bu məqsədlə kəşfiyyat işləri, geoloji kəşfiyyat işləri aparılacaq. Artıq buna da start verildi. Yenə də deyirəm, ən müasir texnologiyalar var. Yəqin ki, bu gün bu barədə bizə məlumat veriləcək", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM