satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb

Türkiyənin Naxçıvan şəhərindəki Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb.

NTV xəbər verir ki, diplomatın adından bununla bağlı Türkiyənin Naxçıvandakı Baş konsuluğunun rəsmi "Facebook" hesabında paylaşım edilib.

A.Kaya paylaşıımda 2022-ci il dekabrın 15-dən etibarən icra etdiyi vəzifəsini başa vuraraq sentyabrın 17-də Naxçıvanı tərk edəcəyini bildirib:

"Ölkəmizin qardaş Azərbaycanla yeganə quru əlaqəsi olan və Ulu Öndər Atatürkün "Türk qapısı" adlandırdığı Naxçıvanda təxminən dörd il müddətində fəaliyyət göstərməkdən böyük məmnunluq və qürur duydum.

Fəaliyyətim müddətində Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi əsasında bizə hər zaman dəstək olan Azərbaycan və Naxçıvan Muxtar Respublikası rəhbərliyinə, eləcə də məni öz evimdə hiss etdirən bütün naxçıvanlı qardaşlarıma təşəkkürümü bildirirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM