satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib

Hikmət Hacıyev: Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib

Son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirib.

NTV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda deyib.

“Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, daha yüksək etik standartların təşviq edilməsi, media savadlılığının artırılması və bu sahənin sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün nəzərdə tutulub. Media islahatı yalnız qanunvericilikdən ibarət deyil. Bu, dayanıqlı institutların qurulması, jurnalistlərə investisiya qoyulması, dezinformasiyaya qarşı dözümlülüyün artırılması və ictimai etimadın gücləndirilməsi deməkdir”,- deyə Hikmət Hacıyev bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM