Milli Məclisin növbədənkənar sessiyasının son iclası iyulun 14-də keçiriləcək.
NTV xəbər verir ki, bununla bağlı parlamentin spikeri Sahibə Qafarova bugünkü iclasın yekununda məlumat verib.
Sədr iclasın gündəliyi haqqında məlumat veriləcəyini bildirib.
Xatırladaq ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Buna görə də iyulun 14-ü keçiriləcək iclas sessiya üzrə sonuncudur. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılacaq.
