satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin birinci oxunuşda qəbul edilən “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının  statusu  haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası qanunlarının layihələrinin müzakirəsi olduğunu bildirib.

Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə əlaqədar məlumat verilib, qanun layihəsinin Ali Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul edilib.

İclasda gündəlikdə duran ikinci məsələ ilə bağlı Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini, müdir vəzifələrini müvəqqəti icra edən Tofiq Rəcəbli məlumat verib.

Sonda “Naxçıvan Muxtar Respublikası Ali Məclisiz deputatının  statusu  haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM