satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Azərbaycanla ABŞ arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var

Prezident: Azərbaycanla ABŞ arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var

ABŞ Prezidenti Donald Trampın Azərbaycanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubu yüksək qiymətləndirilir.

NTV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edərkən bildirib.

Prezident qeyd edib ki, məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM