satellite   Azerspace-1: 11135 H 30000

Bişkekdə Azərbaycan və Qırğızıstanın Baş prokurorları iki sənəd imzalayıblar

Bişkekdə Azərbaycan və Qırğızıstanın Baş prokurorları iki sənəd imzalayıblar

Qırğızıstan və Azərbaycanın Baş prokurorları Maksat Asanəliyev və Kamran Əliyev arasında əməkdaşlıq sazişi və 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb.

Naxçıvan televiziyası Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Baş Prokurorlarının 22-ci iclası və Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının 3-cü iclası çərçivəsində baş tutub.

“Saziş və əməkdaşlıq proqramı Qırğızıstan və Azərbaycanın nəzarət orqanları arasında qanunvericilik sahəsində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün nəzərdə tutulub. Sənədlərdə təcrübə və məlumat mübadiləsi, birgə tədbirlər, o cümlədən prokurorluq fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, - Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti qeyd edib.

M.Asanəliyev qeyd edib ki, sənədlərin imzalanması münasibətlərdə yeni mərhələdir: “Bu, həm də asayişi möhkəmləndirmək, vətəndaşlarımızın qanuni mənafelərini qorumaq bizim ümumi istəyimizi nümayiş etdirir”.

Öz növbəsində Azərbaycanın Baş prokuroru qeyd edib ki, nəzarət orqanları yaxşı əməkdaşlıq edirlər: “Sizin qurumla münasibət çox yaxşı, məhsuldardır. Hər hansı cinayət işində yardım göstərilərkən problem yaşandığını xatırlamıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM