satellite   Azerspace-1: 11135 H 30000

TƏBİB süni intellekt əsaslı həllərin tətbiqi istiqamətdə araşdırmalar aparır

TƏBİB süni intellekt əsaslı həllərin tətbiqi istiqamətdə araşdırmalar aparır

Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) əsas diqqət radiologiya və həkimlərin işinin optimallaşdırılmasına yönəlmiş süni intellekt həlləri üzrə hazırlığa və onların sınaqdan keçirilməsinə verilir.

NTV xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya Departamentindən məlumat verilib.

Bildirilib ki, əldə olunan nəticələr əsasında uyğun həllərin mərhələli tətbiqi nəzərdə tutulur.

Həmçinin qeyd edilib ki, süni intellekt əsaslı həllərin tətbiqi digər sahələrdə olduğu kimi, səhiyyə sektorunda da geniş vüsət alıb. Müasir çağırışlar nəzərə alınaraq, TƏBİB tərəfindən bu istiqamətdə müvafiq araşdırmalar aparılır və zəruri addımlar atılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM