satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda I Kardiologiya Forumu keçirilir

Naxçıvanda I Kardiologiya Forumu keçirilir

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Naxçıvan Sağlamlıq Günləri” çərçivəsində I Naxçıvan Kardiologiya Forumu keçirilir.

Forumda ölkənin tanınmış kardioloqları, tibb mütəxəssisləri və səhiyyə nümayəndələri iştirak edirlər. Tədbir kardiologiya sahəsində mövcud yeniliklərin müzakirəsi və təcrübə mübadiləsi baxımından mühüm 
platforma kimi qiymətləndirilir.

Forum çərçivəsində ürək-damar xəstəliklərinin müasir diaqnostikası və müalicə üsulları, innovativ yanaşmalar, eləcə də səhiyyə sahəsində aktual məsələlər ətrafında geniş müzakirələr aparılır.

Qeyd edək ki, tədbirin əsas məqsədi kardiologiya sahəsində biliklərin artırılması, müasir tibbi yanaşmaların tətbiqinin təşviqi və regionda səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM