satellite   Azerspace-1: 11135 H 30000

Sosial Xidmətlər Agentliyi əfv edilənlərlə sosial-reabilitasiya işlərinə başlayıb

Sosial Xidmətlər Agentliyi əfv edilənlərlə sosial-reabilitasiya işlərinə başlayıb

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamının şamil edildiyi şəxslər sosial-reabilitasiya tədbirlərinə cəlb olunublar. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Probasiya Xidməti ilə birgə işlər aparır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, agentliyin mütəxəssisləri ilkin mərhələdə həmin kateqoriyadan olan 62 nəfərin sosial-psixoloji xidmətlərə olan tələbatının ölçülməsi məqsədilə qiymətləndirməsini aparıblar.

Qiymətləndirmənin nəticələrinə əsasən, ehtiyacı olan şəxslərin sosial-psixoloji yardım xidmətlərinə cəlb edilməsi nəzərdə tutularaq bu sahədə işlərə başlanıb.

Hazırda davam etdirilən proses çərçivəsində həmin şəxslərə sosial-hüquqi və sosial-məsləhət yardımı xidmətləri də göstərilir, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində iş aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM