satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib - FOTOLAR

Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib<font color=red> - FOTOLAR</font> Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib<font color=red> - FOTOLAR</font> Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib<font color=red> - FOTOLAR</font> Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib<font color=red> - FOTOLAR</font> Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib<font color=red> - FOTOLAR</font>

Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

NTV xəbər verir ki, iyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, qanun layihəsi 19 iyun 2025-ci il tarixdə Ali Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq müzakirə edildikdən sonra birinci oxunuşda qəbul olunub. Ali Məclisin İqtisadi siyasət komitəsində aparılan müzakirənin nəticəsi olaraq layihənin ikinci oxunuş üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb.

Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev və Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov məlumat veriblər.

Gündəlikdə duran məsələ ətrafında müzakirələrdən sonra “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Ali Məclisin növbədənkənar sessiyasının iclası öz işini başa çatdırıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM