satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Laçında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib

Ərdoğan Laçında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.

NTV xəbər verir ki, Ərdoğan şeiri səsləndirmədən öncə çıxışında “Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!" - deyib. 

Türkiyə liderinin "Azərbaycan" şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik:

"El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!"

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM