satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır

Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır

Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır.

NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şəriflə Zirvə görüşündə deyib.

Türkiyə Prezidenti vurğulayıb ki, lazım gəlsə, Pakistan və Hindistan münasibətlərinin normallaşmasına vasitəçilik edə bilərlər.

Daha sonra üçtərəfli (Azərbaycan, Türkiyə, Pakistan-red.) əməkdaşlıqdan söz açan R.T. Ərdoğan bu əlaqələri inkişaf etdirmək üçün xarici işlər nazirləri arasında da görüşləri sıxlaşdırılacaqlarını bəyan edib.

“Türkiyə, Azərbaycan və Pakistan olaraq mütəmadi üçtərəfli Zirvə gğrüşləri və nazirlər toplantıdı keçirərək münasibətləri daha da möhkəmləndirəcəyik. Müdafiə və nəqliyyat sahəsində əməkdaşlığa da birlikdə töhfə verəcəyik”,- o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM