satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan müdafiə naziri Laçında Pakistan Quru Qoşunları komandanı ilə görüşüb - FOTOLAR

Azərbaycan müdafiə naziri Laçında Pakistan Quru Qoşunları komandanı ilə görüşüb<font color=red> - FOTOLAR</font> Azərbaycan müdafiə naziri Laçında Pakistan Quru Qoşunları komandanı ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın şəhərində mayın 28-də Azərbaycanda səfərdə olan Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir ilə görüşüb.

Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Pakistanlı qonağı Azərbaycanda görməkdən məmnun olduğunu bildirən nazir onu "feldmarşal" ali hərbi rütbəsi alması münasibətilə təbrik edib.

General-polkovnik Z.Həsənov dost və qardaş ölkə Pakistanla əlaqələrin digər sahələrdə olduğu kimi hərbi sahədə də genişləndirilməsinin Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən feldmarşal A.Munir hərbi əlaqələrimizin inkişafı məqsədilə qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən müasir texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin intensivliyinin artırılmasına dair fikir mübadiləsi aparıb, həmçinin maraq doğuran bir sıra digər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM