satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda 2026-2030-cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı təsdiqlənib

Azərbaycanda 2026-2030-cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı təsdiqlənib

Azərbaycanda məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı təsdiqlənib.

NTV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM