satellite   Azerspace-1: 11135 H 30000

Lənkəranda 17 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Lənkəranda 17 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.

NTV xəbər verir ki, əvvəllər məhkum olunmuş M.İsmayılovdan 14 kiloqramdan artıq narkotik vasitə və psixotrop tərkibli həblər (20 ədəd) aşkarlanıb.

Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən V.Bayramlı saxlanılıb. Həmin şəxsdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM