satellite   Azerspace-1: 11135 H 30000

Fuad Nağıyev: Turizm sektorunun ölkə iqtisadiyyatında payı 5,4 faizə çatıb

Fuad Nağıyev: Turizm sektorunun ölkə iqtisadiyyatında payı 5,4 faizə çatıb

Azərbaycanda turizm sektoru uzunmüddətli investisiyalar üçün getdikcə daha cəlbedici sahəyə çevrilir.

NTV xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” panel müzakirəsində deyib.

O bildirib ki, son illərdə turizm Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsində mühüm komponentə çevrilib.

“2025-ci ildə turizmlə bağlı fəaliyyət növləri üzrə əlavə dəyər təxminən 7 milyard manat təşkil edib. Turizm sektorunun ölkə iqtisadiyyatındakı payı isə təxminən 5,4 faizə çataraq pandemiyadan əvvəlki səviyyəni ötüb”,- deyə o qeyd edib.

Dövlət Turizm Agentliyinin sədri turizmin inkişafı üzrə 2026–2030-cu illər üçün yeni qəbul edilmiş dövlət proqramına da diqqət çəkib. O qeyd edib ki, proqram turizm siyasətində yeni mərhələni formalaşdırır və əsas prioritetlərdən biri turizm sahəsində daha cəlbedici və rəqabətqabiliyyətli investisiya mühitinin yaradılmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM