satellite   Azerspace-1: 11135 H 30000

Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək

Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək

Azərbaycan Turizm və Menecment Universitetində xarici tərəfdaş ali təhsil müəssisələri ilə beynəlxalq ikili diplom proqramları genişləndiriləcək.

NTV xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər planında qeyd olunub.

2027-2030-cu illər ərzində ikili diplom proqramlarının əhatə dairəsi genişləndiriləcək və

təhsilalanların sayı artırılacaq. Nəticədə xarici tərəfdaş ali təhsil müəssisəsi ilə beynəlxalq 1 ikili diplom proqramı təşkil ediləcək, dövr ərzində 40 tələbə ikili diplom proqramından məzun olacaq. Bununla bağlı əsas icraçı Dövlət Turizm Agentliyi, digər icraçı isə Elm və Təhsil Nazirliyidir.

Xatırladaq ki, avqustun 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM