satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi bazanın yaradılması hədəflənir.

NTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bundan başqa, Proqramda dayanıqlı turizm, o cümlədən turizmdə iqlim fəaliyyəti ilə bağlı tənzimləmə mexanizminin yaradılması yer alıb.

Həmçinin, dövlət qoruqlarında (abidələrin ərazilərində) dayanıqlı turizmin təşkil edilməsi, təbiət ərazilərində, o cümlədən milli parklarda

dayanıqlı turizmin təşkil edilməsi, ov turizminin inkişafı məqsədilə ov təsərrüfatlarının yenidən qurulması, Naftalan şəhərində turizmin inkişaf etdirilməsi, turizm potensialı olan kəndlərdə "turizm kəndi" konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması Proqramın hədəfləri sırasındadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM