satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb

İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb

Mayın 14-də İstanbulda sənət tədqiqatçısı və sərgi kuratoru Elnarə Rəsulovanın müəllifi olduğu “Motifin Hafızası” mövzusunda sərgisi açılıb.

NTV xəbər verir ki, mayın 18-dək İstanbulun ən qədim elm və təhsil ocaqlarından olan Yıldız Texnik Universitetinin tarixi Sancak Köşkündə sənətsevərlərə təqdim olunan sərgi “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin dəstəyi ilə təşkil olunub.

Sərgidə Türkiyədə təşkil olunan bir sıra beynəlxalq mədəniyyət layihələrinin müəllifi kimi Azərbaycan sənətini uğurla təmsil edən Elnarə Rəsulovanın şəxsi kolleksiyasından nadir sənət nümunələri yer alır. Burada “30 il sonra…”, “Ərciman”, “Təbriz” və “Quba” mövzusunda əsərlər, eləcə də müəllifə məxsus müxtəlif antik xalça kolleksiyalarından seçilmiş qiymətli parçalar ekspozisiyanın əsas hissəsini təşkil edir.

“Motifin Hafızası” sərgisi Azərbaycan xalça sənətinin zəngin estetik yaddaşını müasir təqdimat dili ilə birləşdirərək ziyarətçilərə fərqli vizual təcrübə nümayiş etdirir. Rəng harmoniyası, milli ornamentlər və tarixi motivlərin vəhdəti sərginin əsas bədii xəttini formalaşdırır.

Qeyd edək ki, Elnarə Rəsulova uzun illərdir Türkiyədə Azərbaycan xalça sənəti, dekorativ-tətbiqi sənət və milli-mədəni irsin tanıdılması istiqamətində mühüm layihələr həyata keçirir. “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi uzun illərdir Türkiyədə Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin tanıdılması istiqamətində fəaliyyət göstərərək, beynəlxalq mədəni əməkdaşlığa və gənclərin bu proseslərdə iştirakına xüsusi önəm verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM