satellite   Azerspace-1: 11135 H 30000

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Fransada məktəblilərin kütləvi etirazları zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub, bəzi məktəblər yandırılıb və qarət edilib.

NTV xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduar Jefre “France 2” telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, ölkə üzrə davam edən etirazlar səbəbindən oktyabrın 5-də 400-dən çox məktəbdə əyani dərslər keçirilməyəcək.

Qeyd edək ki, məktəblilərin etirazları ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda ölkənin digər ərazilərinə də yayılıb. Etirazçılar müəllim çatışmazlığı, dərs cədvəllərinin həddən artıq yüklənməsi və təhsil sistemindəki digər problemlərdən narazıdırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:38 05.10.2026

Kükü dağına qar yağıb

12:13 04.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM