satellite   Azerspace-1: 11135 H 30000

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən ordusuna husilərə qarşı mübarizədə əməliyyat dəstəyini davam etdirəcək.

NTV xəbər verir ki, bu barədə koalisiyanın rəsmi sözçüsü general-mayor Turki əl-Maliki bildirib. Onun sözlərinə görə, məqsəd Yəmənin qanuni hökumətinin ölkə üzərində nəzarəti bərpa etməsinə və dövlət təsisatlarının fəaliyyətinin təmin olunmasına dəstək verməkdir.

Əl-Maliki, həmçinin husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə və Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.

Qeyd edək ki, Yəməndə husilər ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ildən davam edir. Oktyabrın 4-də Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi husilərin nəzarətində olan ərazilərin azad edilməsi məqsədilə genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:38 05.10.2026

Kükü dağına qar yağıb

12:13 04.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM