satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Cənubi Koreyanın Jeju adası sahillərində göyərtəsində 11 nəfərin olduğu balıqçı gəmisi çevrilib.

NTV xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində doqquz nəfər xilas edilib, iki nəfər isə itkin düşüb.

Xilas edilənlərdən səkkizi İndoneziya, biri isə Vyetnam vətəndaşıdır. Onların vəziyyətinin stabil olduğu bildirilir. İtkin düşənlər arasında gəminin Cənubi Koreya vətəndaşı olan kapitanı və bir İndoneziya vətəndaşı var.

Sahil mühafizəsi hadisə yerinə helikopter və patrul gəmiləri cəlb edib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Kükü dağına qar yağıb

12:13 04.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM