satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də itkin düşən təyyarənin sərnişinlərinin axtarışları dayandırılıb

ABŞ-də itkin düşən təyyarənin sərnişinlərinin axtarışları dayandırılıb

ABŞ Sahil Mühafizəsi Nantaket adası (Massaçusets ştatı) sahillərində itkin düşmüş təyyarənin altı sərnişininin iki gün davam edən axtarışlarını dayandırıb.

NTV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Sahil Mühafizəsi Nantaket adası sahillərində itkin düşmüş tibbi nəqliyyat təyyarəsinin altı sərnişininin axtarışlarını dayandırıb. Təyyarənin göyərtəsində altı sərnişin, o cümlədən dörd Kanada və iki Bermud adaları vətəndaşı olub. Həlak olanların qohumlarına məlumat verilib", - ABŞ Sahil Mühafizəsinin bəyanatında bildirilir.

Qeyd olunub ki, xilasetmə xidmətləri təxminən 66 saat ərzində 7,1 min km-lik ərazidə itkin düşənlərin axtarışlarını aparıb.

Xatırladaq ki, Bermud adalarından Bostona reys həyata keçirən "Gulfstream G100" təyyarəsi ilə əlaqə oktyabrın 3-də səhər erkən saatlarda kəsilmişdi. Daha sonra hava gəmisinin qalıqları aşkar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:38 05.10.2026

Kükü dağına qar yağıb

12:13 04.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM