satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub - FOTOLAR

Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub<font color=red> - FOTOLAR</font> Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub<font color=red> - FOTOLAR</font> Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub<font color=red> - FOTOLAR</font> Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub<font color=red> - FOTOLAR</font>

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı davam edir.

NTV xəbər verir ki, festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam ifaçıları müsabiqəsi təşkil olunub.

İki turdan ibarət müsabiqədə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı iştirak edir.

Beynəlxalq münsiflər heyətinin qərarı ilə 14 iştirakçı finala vəsiqə qazanıb. Onların sırasından 6 ifaçı müsabiqənin qalibi olub:

Alibek Saparboyev və Dilnoza Akbarova (hər ikisi Özbəkistandan) 3-cü yerə, Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnam (hər ikisi Azərbaycandan) 2-ci yerə, Farangiz Mahmudova isə (Özbəkistan) 1-ci yerə layiq görülüblər.

Ölkəmizi təmsil edən Məftun Səfərli ən yaxşı nəticə göstərərək müsabiqənin Qran-prisini qazanıb.

Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı isə Çin təmsilçisi Sincan Uyğur bölgəsindən musiqi qrupuna təqdim edilib.

Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunub.

Müsabiqə laureatlarının yekun konserti iyunun 22-də Ağdam Muğam Mərkəzində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM