satellite   Azerspace-1: 11135 H 30000

Həsən Seyidov Culfada vətəndaşları qəbul edib - FOTOLAR

Həsən Seyidov Culfada vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Həsən Seyidov Culfada vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Həsən Seyidov Culfada vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Həsən Seyidov Culfada vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Həsən Seyidov Culfada vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Həsən Seyidov Culfada vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Həsən Seyidov Culfada vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Həsən Seyidov Culfada vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font>

İyunun 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov tərəfindən Culfa şəhərində vətəndaş qəbulu keçirilib.

NTV xəbər verir ki, əvvəlcə nazir müavini Həsən Seyidov və Culfa Rayon İcra Hakimiyyətinin başçısının müavini Sara Hüseynova Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Culfa rayon Mədəniyyət Sarayının inzibati binasında keçirilən qəbulda 15 vətəndaş iştirak edib. Nazir müavini rayon sakinlərinin hər birini fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib.

Qəbul zamanı vətəndaşların qaldırdıqları problemlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, məsələlərin həlli nəzarətə götürülüb, bəzi məsələlər yerində həll edilib.

Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM