“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə" festivalı keçirilir. Festival 30-31 may tarixlərini əhatə edəcək.
NTV xəbər verir ki, festival çərçivəsində muxtar respublikanın şəhər və rayonları tərəfindən hazırlanacaq stendlərdə bölgələrin dadlı və təbii göycələri, onlardan hazırlanan məhsullar, tarixi-mədəni irs və turizm potensialı qonaqlara təqdim olunur.
