ƏTRAF MÜHİTİ QORU, GƏLƏCƏYİ QAZAN!
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə növbəti #TəmizlikAksiyası keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən aksiyada könüllülər fəal iştirak edərək ərazini tullantılardan təmizləyib, səliqə-sahman yaradıb və ətraf mühitin qorunmasına olan həssaslıqlarını nümayiş etdiriblər.
Heydər Əliyev Su Anbarının ətrafında keçirilən aksiya zamanı gənclərimiz həm təmizlik işləri görüb, həm də təbiətin qoynunda istirahət ediblər. Bununla da cəmiyyətə təbiəti qorumaqla keyfiyyətli istirahətin mümkün olduğu mesajını veriblər.
Bizdən çağırış: "Ətraf mühitimizi birgə qoruyaq!"
Təmiz mühit – sağlam gələcək Yaşıl təbiət – güclü cəmiyyət Tullantısız ətraf – vicdanlı vətəndaş
Təbiəti sevirsənsə, onu qorumağa bu gündən başla!
