satellite   Azerspace-1: 11135 H 30000

Mikayıl Müşfiq yaradıcılığı İsrailin ədəbiyyat jurnalında

Mikayıl Müşfiq yaradıcılığı İsrailin ədəbiyyat jurnalında

İsrailin populyar “Artikl” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rus dilinə tərcümə edilmiş “Sevirəm”, “Yoldaş”, “Dilənçi” şeirlərinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən Naxçıvan televiziyası-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifi mərkəzin rus dili mütəxəssisi, tanınmış tərcüməçi Püstə Axundovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Artikl” ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, Stiven Kovi kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM