satellite   Azerspace-1: 11135 H 30000

Elnur Məmmədov: "Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsinin tikintisi gələn il başa çatdırılacaq"

Elnur Məmmədov: "Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsinin tikintisi gələn il başa çatdırılacaq"

Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsində avtomobil yolunun 95 %-i və dəmir yolunun 75 %-i tikilib, işlər 2027-ci ilin birinci yarısında başa çatdırılacaq.

NTV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, avtomobil yolunun 95 %-i və dəmir yolunun 75 %-i artıq tikilib və hər iki yolun gələn ilin birinci yarısında tamamlanması gözlənilir".

E. Məmmədov bildirib ki, hazırda Ermənistanda da mühəndislik işləri aparılır, ölkə ərazisində dəhlizin təxminən 42 km uzunluğunda olan hissəsinin tikintisinə isə 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır: "Zəngəzur dəhlizi Cənubi Qafqazın Trans-Xəzər şəbəkəsi ilə daha sıx əlaqəsini təmin etməklə regional iqtisadi inteqrasiya üçün mühüm platforma ola bilər. Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm halqasına çevriləcək və yüklərin çatdırılma vaxtını 3 həftədən 12-15 günə qədər azaldacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM