satellite   Azerspace-1: 11135 H 30000

Mikayıl Cabbarov: Qarşılıqlı investisiyalar xüsusi əhəmiyyət daşıyır

Mikayıl Cabbarov: Qarşılıqlı investisiyalar xüsusi əhəmiyyət daşıyır

Qlobal proseslər təkcə ayrı-ayrı ölkələrə deyil, müxtəlif regionların bazarlarına da birbaşa təsir göstərir. Hazırkı şəraitdə bu proseslərin mümkün iqtisadi nəticələrinin və bazarlara təsirinin düzgün qiymətləndirilməsi vacibdir.

NTV xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.

Nazir bildirib ki, xüsusilə Körfəz ölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa İttifaqında baş verə biləcək dəyişikliklər nəzərə alınmalıdır.

M.Cabbarov Mərkəzi Asiya və digər tərəfdaş ölkələrlə münasibətlərdə qarşılıqlı investisiyaların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu prosesdə dövlət və özəl sektorun fəal iştirakı nəzərdə tutulur.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs çərçivəsində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, bir sıra aktiv və xidmətlərin özəl sektora cəlb edilməsi, həmçinin özəlləşdirmə və satış mexanizmləri vasitəsilə investisiya mühitinin daha da cəlbedici edilməsi istiqamətində addımlar atılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM