satellite   Azerspace-1: 11135 H 30000

"Azərikimya": Etilen-Polietilen zavodunda növbəti əsaslı təmir 2027-ci ilin ikinci rübündə planlaşdırılır

"Azərikimya": Etilen-Polietilen zavodunda növbəti əsaslı təmir 2027-ci ilin ikinci rübündə planlaşdırılır

Etilen-Polietilen zavodunda 2026-cı ildə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmayıb və müəssisə tam normal rejimdə fəaliyyət göstərib. Növbəti əsaslı təmirin 2027-ci ilin ikinci rübündə keçirilməsi planlaşdırılır.

NTV xəbər verir ki, bu sözləri SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Proses üzrə direktoru Samir Səlimli "20 Sentyabr - Neftçilər Günü" çərçivəsində Etilen-Polietilen zavoduna təşkil edilən mediatur zamanı deyib.

O bildirib ki, müəssisədə 2016-2021-ci illərdə genişmiqyaslı modernizasiya və yenidənqurma işləri həyata keçirilib. Hazırda müəssisə normal fəaliyyət göstərir.

“Modernizasiya və yenidənqurma layihəsindən sonra müəssisənin əsaslı təmir məqsədilə dayandırılması ildə bir dəfədən iki ildə bir dəfəyə keçirilib. Növbəti hədəf bu müddətin üç və dörd ilə qədər artırılmasıdır”,- deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM