satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 59 min 656,9 ton duz istehsal olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz çoxdur.

NTV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Avqustun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 77,5 faiz artaraq 26,8 ton qeydə alınıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkədə duz istehsalı 47 min 604,8 ton, hazır məhsul ehtiyatı isə 15,1 ton təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM