satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan Tunisə xam neft ixracı kəskin artıb

Azərbaycandan Tunisə xam neft ixracı kəskin artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Tunisə 368 min 916,34 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə və ya 243 min 241,99 ton artım deməkdir.

NTV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

İxrac olunan xam neftin dəyəri 225 milyon 469,94 min dollar təşkil edib ki, bu da illik müqayisədə 3,3 dəfə və ya 157 milyon 535,47 min dollar çoxdur.

Yeddi ayda Tunisə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,9 faiz olub.

Hesabat dövrü ərzində gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neftə dair məlumatlar nəzərə alınmaqla 11 ölkəyə Azərbaycandan dəyəri 8 milyard 32 milyon 903,55 min dollar olan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM