satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijüteriya, sikkələr üzrə ixracının dəyəri 3 milyard 712 milyon 605 min dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 dəfə və ya 3 milyard 532,2 milyon dollar çoxdur.

NTV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabat dövründə Azərbaycan 56 milyon 542,06 min dollar dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijüteriya, sikkələr idxal edib ki, bu da illik müqayisədə 66,9 dəfə və ya 3 milyard 723 milyon 655,8 min dollar azalma deməkdir.

Yeddi ayda təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijüteriya, sikkələr üzrə idxal Azərbaycanın ümumi idxalının 0,57 faizini, ixracın isə 19,2 faizini təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM