Maliyyə Nazirliyi beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədini açıqlayıb.
Nazirlikdən NTV-yə bildirilib ki, sənəd cari ilin ilk altı ayında makroiqtisadi vəziyyəti, dövlət və icmal büdcələrinin icrasına dair dəqiqləşdirilmiş məlumatları, makroiqtisadi və fiskal göstəricilər üzrə ilin sonuna gözləntiləri özündə ehtiva edir.
