satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 28 mindən çox şəxs qəbul edilib

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 28 mindən çox şəxs qəbul edilib

Bu ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 28 min 63 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən NTV-yə bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 41 min 717 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çoxdur.

Ümumi xidmətlərin 83 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Bu ilin yanvar–iyul aylarında vergi ödəyicilərinə 687 min 628 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Vergi ödəyiciləri ilə 72 görüş keçirilib, onlara 425 sayda ünvanlı xidmət göstərilib. Bu dövrdə 2828 müraciət üzrə 4824 “Asan İmza” sertifikatı verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM