Cari ilin yanvar-iyun aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 835 milyon 460 min 500 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NTV -yə bildirilib ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.
Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 1767,5 manat olmuşdur.
