Cari ilin yanvar-iyun aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 38 milyon manat məbləğində avtomobil yanacağı alıblar.
Dövlət Statistika Komitəsindən NTV-yə bildirilib ki, 2025-ci ilin müvafiq ayları ilə müqayisədə avtomobil yanacağı satışından əldə edilən gəlir 5,2 faiz artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil yanacağı satışından 6,3 faiz gəlir əldə edilib.
