satellite   Azerspace-1: 11135 H 30000

İqtisadiyyat naziri: Slovakiya şirkətlərinin azad edilmiş ərazilərimizin bərpasına töhfə verməkdə güclü maraq göstərməsi sevindiricidir

İqtisadiyyat naziri: Slovakiya şirkətlərinin azad edilmiş ərazilərimizin bərpasına töhfə verməkdə güclü maraq göstərməsi sevindiricidir

Azərbaycan məqsədyönlü dövlət proqramları vasitəsilə iqtisadi artım və özəl investisiyalar üçün ən böyük potensiala malik sektorları prioritetləşdirib.

NTV xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Slovakiya biznes- forumunda deyib.

Nazir bildirib ki, bunlara dağ-mədən və metallurgiya, rəqəmsal inkişaf, kənd təsərrüfatı və turizm sahələrini əhatə edən təşəbbüslər daxildir. Bu təşəbbüslərin bir qismi artıq icra olunur, digərləri isə həyata keçirilmə mərhələsindədir. Məqsəd sənayenin inkişafını təşviq etmək, rəqabət qabiliyyətini artırmaq və özəl kapitalı cəlb etməkdir.

O diqqətə çatdırlb ki, Slovakiya şirkətlərinin azad edilmiş ərazilərimizin bərpasına töhfə verməkdə güclü maraq göstərməsi xüsusilə sevindiricidir. Ağdam rayonunun Baş Qərvənd kəndinin ən müasir standartlara uyğun “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulması Azərbaycan-Slovakiya tərəfdaşlığının gözəl nümunəsidir: "Məmnunluqla qeyd etmək istəyirəm ki, bu, Slovakiya memarlarının və tikinti şirkətlərinin iştirakı ilə azad edilmiş ərazilərdə həyata keçiriləcək son tikinti layihəsi olmayacaq. Lakin hesab edirəm ki, əməkdaşlığımızın potensialı bundan qat-qat geniş və daha böyükdür".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM