satellite   Azerspace-1: 11135 H 30000

“Brent” markalı neftin qiyməti iyunun 15-dən bəri ilk dəfə 85 dolları ötüb

“Brent” markalı neftin qiyməti iyunun 15-dən bəri ilk dəfə 85 dolları ötüb

Londonun ICE birjasında cari ilin sentyabr ayı üzrə “Brent” markalı xam neft fyuçerslərinin qiyməti iyunun 15-dən bəri ilk dəfə bir barel üçün 85 ABŞ dollarını ötüb.

NTV  xəbər verir ki, ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 04:16-ya olan vəziyyətə görə, “Brent” markalı neftin qiyməti 2,04 faiz artaraq bir barel üçün 85,02 dollara yüksəlib.

Saat 04:23-də isə “Brent” markalı neftin fyuçersləri 2,78 faiz bahalaşaraq bir barel üçün 85,64 dollara satılıb.

Eyni zamanda, 2026-cı ilin iyul ayı üzrə WTI markalı xam neft fyuçerslərinin qiyməti 8,25 faiz artaraq bir barel üçün 80,42 dollara çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM