Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 68,358 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.
NTV Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 14,878 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 23 % çoxdur.
6 ayda Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 0,6 % azalaraq 3,593 milyard ABŞ dollarına düşüb, iyunda isə 20,3 % artaraq 639 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 411 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 8,1 % çox), Böyük Britaniya 237 milyon ABŞ dolları (5,9 % az) və İtaliya 221 milyon ABŞ dolları (11,2 % çox) həyata keçirib.
