satellite   Azerspace-1: 11135 H 30000

Yay mövsümü olmasına baxmayaraq, qlobal təbii qaz bazarında qiymətlər yüksəkdir

Yay mövsümü olmasına baxmayaraq, qlobal təbii qaz bazarında qiymətlər yüksəkdir

Yay mövsümünün olmasına baxmayaraq, dünya enerji bazarında təbii və mayeləşdirilmiş qazın (LNG) qiymətlərinin əsaslı şəkildə aşağı düşməsi müşahidə edilmir ki, bu da yenə də Hörmüz boğazındakı gərgin vəziyyətlə əlaqədardır.

NTV xəbər verir ki, Qətərin qaz emalı zavodlarının İranın raket zərbələrinə məruz qalmasından sonra LNG ixracı azalıb. Hərbi əməliyyatlar nəticəsində Hörmüz boğazının bağlanması isə qaz bazarında təchizatı ümumiyyətlə dayandırıb ki, bu da qiymətlərdə əks olunur. Hazırda Avropa bazarında qazın 1000 kubmetrinin qiyməti Niderlandın TTF habında təxminən 480-600 dollar arasında dəyişir. ABŞ-nin "Henry Hub" bazarında isə qazın 1 milyon Britaniya istilik vahidi təxminən 2.90 - 3.15 dollar aralığında (1000 kubmetr üçün təqribən 100-135 dollar) satılır. Qazın hazırkı qiymətinin qış mövsümündəkindən o qədər də fərqlənməməsi bazarda tələbatın təklifi üstələdiyini göstərir. Bu balansı bərpa etmək üçün ilk növbədə Avropa ölkələri ərazisindəki qaz anbarlarının doldurulması lazımdır. Almaniya ilə Fransa Avropanın ən çox qaz istehlak edən ölkələridir. Ötən ilin yay mövsümündə bu ölkələr anbarları 51 faiz, bu il isə hələlik 41 faiz qaz ilə təchiz edə bilib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırda alınan qaz yalnız istehlakçıların tələbatını ödəyir.

“Financial Times” yazır ki, cari ilin 6 ayı ərzində Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan 6 milyard avro dəyərində 9,89 milyon ton LNG alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur. Əsas alıcılar Fransa, Belçika və İspaniya olub. Maraqlı məqam ondan ibarətdir ki, Aİ-nin qərarına əsasən, 2027-ci il yanvarın 1-dən etibarən Rusiyadan maye və təbii qaz alınmasına tamamilə qadağa qoyulacaq.

“Die Welt” agentliyinin məlumatına əsasən, Almaniyanın İqtisadiyyat Nazirliyi qaz ehtiyatının yaradılması üzrə plan hazırlayır. Bunun üçün yeni anbarlar və kəmərlərin tikilməsi nəzərdə tutulub. Bu tikintiləri həyata keçirmək mümkündür, lakin anbarda saxlamaq üçün qaz haradan alınacaq? Bu, problemdir.

Əgər noyabrın 1-nə qədər anbarlar dolmasa, qarşıdakı qışda da Avropada enerji böhranı yaranacaq. Bu böhranın aradan qaldırılması isə Hörmüz boğazının açılmasından və bazarın tələbatının ödənilməsindən asılıdır. Hazırkı geosiyasi vəziyyət isə Körfəzdə yaxın zamanda sabitliyin olacağını deməyə əsas vermir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM