Amerika Birləşmiş Ştatlarının kommersiya xam neft ehtiyatları artıb.
NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1 milyon 900 min barel artaraq 465 milyon 700 min barel olub. Bazar proqnozları ehtiyatların 1,9 milyon barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 4,1 milyon barel azalaraq 405 milyon barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 4,6 milyon barel azalaraq 228,4 milyon barel təşkil edib.
